“Ağıllarına nə gəldi edirlər“ - Flora Kərimova

“Ağıllarına nə gəldi edirlər“ -


Xalq artisti Flora Kərimova gənc ifaçılara xəbərdarlıq edib

GUNDEMİNFO.AZ yazır ki, Axşam.az-ın məlumatına görə, müğənni “Onlar”a açıqlamasında özünü tərifləyənləri qınayıb:

“Son vaxtlar ağıllarına nə gəldi edir, dillərinə gələni danışırlar. Düşünmürlər ki, o sözlərin zərbəsi altında əziləcəklər. Bizim üçün deyirlər ki, “Bu yaşlılar cavanlardan nə istəyir? Daş olub düşmüşük başına”. Mən səndən nə istəyəcəm? Hər şeydən razı biri səndən nə istəyə bilər? Mənim ixtiyarım yoxdur ki, Şövkət Ələkbərovanın, Bülbülün adı gələndə özümə sənətkar deyim. Özünü sevmək yox, hörmət qazanmaq lazımdır. Bizə bütün dünya baxır. Biz gənclərin tərəzisi deyilik, sataşmasınlar. Sənətlə yoğrulmuşuq, bizi silmək mümkün deyil. Düşünsünlər ki, özləri bu tarixə yazılacaqlarmı?”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1308 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...