Nazpəri prodüserini erməni bayrağına görə qovub? FOTO

Nazpəri prodüserini erməni bayrağına görə qovub?

Arada söz aparıb-gətirən insanlara ar olsun. Bu sözləri xalq artisti Nazpəri Dostəliyevanın keçmiş prodüseri Mikayıl Hüseynov müğənni ilə yollarını ayırması haqda Axar.az-a danışarkən deyib. Prodüser müğənni ilə işbirliyinə son qoymasının səbəbini açıqlayıb:

“Çoxları elə bilir ki, Nazpəri xanımın İnstaqram səhifəsində yanlışlıqla erməni bayrağı paylaşdığıma görə mənimlə işbirliyinə son qoyub. Amma bu belə deyil. Birincisi, Nazpəri xanım mənimlə yox, mən onunla işbirliyinə son qoymuşam. İkincisi, bunun erməni bayrağı ilə heç bir əlaqəsi yoxdur. Mənim işdən çıxmağımın səbəbi bəzi 3-cü şəxslərin söhbətə qarışması ilə bağlıdır.

5 il Nazpəri xanımın prodüseri olmuşam. Bu 5 ildə mən onunla tək işləmişəm, mətbuat katibi-filan olmayıb. Kimlərsə bəzi yazışmaları özünə sərf edən formada skrin edib, Nazpəri xanıma göstərib. Nəticədə bizim münasibətlərimiz korlandı. Əslində, mənim başqa bir işim də var, ona görə də çatdıra bilmirdim. Prodüserlik karyerama son qoymaq fikrim yoxdur. İndi adını çəkmək istəmədiyim çox məşhur, səviyyəli bir müğənni ilə işbirliyinə başlayacağam”.

Xatırladaq ki, bir müddət əvvəl Nazpəri Dostəliyevanın keçmiş prodüseri Mikayıl Hüseynovun sənətçinin İnstaqram hesabında yanlışlıqla erməni bayrağı paylaşması böyük rezonans doğurmuşdu.


Nazpəri prodüserini erməni bayrağına görə qovub?



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1728 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...