HÜSEYNQULİ BAĞIROVLA BAĞLI XƏBƏRLƏR ƏSASSIZ ÇIXDI

HÜSEYNQULİ BAĞIROVLA BAĞLI XƏBƏRLƏR ƏSASSIZ ÇIXDI


17 mart 2016-cı il tarixdə istinadla "Hüseynqulu Bağırov qolf hobbisindən əl çəkmədi” və 20 aprel 2016-cı il tarixdə isə "Hüseynqulu Bağırovun aparat rəhbəri oliqarxa çevrilib” başlıqlı məqalələr yayımlayıb. Bu məqalələrə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi öz hüquqlarının müdafiəsi üçün məhkəmədə "işgüzar nüfuzun müdafiəsi və işgüzar nüfuza vurulmuş zərərin ödənilməsinə" dair sayta qarşı iddia qaldırmış və iş hal-hazırda baxılmaqdadır.

Məhkəmə baxışı dövründə hər iki məqalə ilə bağlı apardığımız araşdırmalar zamanı bəlli olur ki, redaksiyamızın elektron ünvanına göndərilən bu xəbərlər bilərəkdən qərəzli məqsədlərlə ötürülüb və Ekologiya naziri ilə bağlı yalan və böhtandan ibarət olub. Bu tip məlumatları virtual mediaya servis edənlərin məqsədi isə Hüseynqulu Bağırova qarşı qaralama və "qara piar”a xidmət edirmiş.

Biz redaksiya olaraq ilkin araşdırma aparılmadan məlumatları iddia kimi yayımlamaqla, belə qüvvələrin məkirli oyunlarına bilməyərəkdən rəvac verdiyimizin fərqində olduğumuzu qəbul edir və cənab Hüseynqulu Bağırovdan üzr istəyirik və bildiririk ki, gələcəkdə bu kimi hallar bir daha təkrarlanmayacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
396 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...