`Azərsu` `The Daily Mail`-ə fotofaktla cavab verdi - FOTOLAR

"Azərsu" ASC Böyük Britaniyanın "The Daily Mail" nəşrinin "Azərbaycan əhalisinə verilən su insan sağlamlığı üçün təhlükəlidir" xəbərinə daha bir tutarlı cavab verib.
Gundeminfo.az dövlət şirkətinin yaydığı açıqlamaya istinadən xəbər verir ki, 2015-ci ilin noyabr ayının ikinci ongünlüyündə Azərbaycanda səfərdə olmuş Böyük Britaniya Lordlar Palatasının üzvü, Leyboristlər Partiyasının nümayəndəsi Lord Devid Evans, Mühafizəkarlar Partiyasının nümayəndəsi Lord Riçard Rizbi, Böyük Britaniya parlamentinin üzvləri - Leyboristlər Partiyasının nümayəndələri Rocer Dankan Qodsiff, Stefn Ceyms Makkabe, Patrisia Skotland və digər şəxslərdən ibarət nümayəndə heyəti 13 noyabr 2015-ci il tarixində Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində olub və ən son texnologiyaya əsasında tikilmiş qurğunun imkanlarını yüksək qiymətləndiriblər.
`Azərsu` `The Daily Mail`-ə fotofaktla cavab verdi
Qonaqlar qurğuda emal olunmuş və krandan gələn sudan içiblər. Bu faktın özü "The Daily Mail" nəşrinin Azərbaycanda suyun keyfiyyətsiz olması ilə bağlı iddiaların həqiqətdən uzaq və qərəzli olduğunu bir daha sübut edir.
`Azərsu` `The Daily Mail`-ə fotofaktla cavab verdi
Xatırladaq ki, bundan öncə "The Daily Mail" nəşri ekspertlərə istinadən yazıb ki, Azərbaycan əhalisinə verilən su insan sağlamlığı üçün təhlükəlidir.


377 dəfə oxundu