Üsyançılara dəstək vermək üçün yüzlərlə insan Yerevan küçələrinə çıxdı FOTOLAR

Üsyançılara dəstək vermək üçün yüzlərlə insan Yerevan küçələrinə çıxdı

Bütün Ermənistanda Serj Sarkisyan rejimi ilə razılaşmayan yüzlərlə insan həbs edilib, yaxud oğurlanıb. Belə ki, bir sıra hüquq müdafiə təşkilatları, o cümlədən “Helsinki assosiasiyası” və “Maariflənmiş vətəndaş” qaynar xətt açıblar. Bu xəttin köməyi ilə vətəndaşlar oğurlanmış yüzlərlə müxalifət fəalı barədə məlumat ala bilərlər.

* * *15:35

Yerevanda müxalifətçilərin həbsləri davam etdirilir. Bu dəqiqələrdə müxalifətçi fəallar Karo, Elmon və Simon Yexnukyanlar tutulub. Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, xalq Azadlıq meydanına axışır və burada artıq “Ayağa qalx, Ermənistan” təşkilatının üzvləri çəxəş edərək Sarkisyanın istefasını tələb ediblər. Həbs olunmuş müxalifətçilərin sayı 10 nəfəri keçib.

Eyni zamanda, polis idarəsini zəbt etmiş silahlı qrupun üzvlərindən biri Pavlik Manukyan jurnalistlərlə əlaqə saxlayaraq bildirib ki, onların yemək problemi var. “Biz artıq bir sutkadır ki, heç nə yeməmişik, lakin buna baxmayaraq, özümüzü yaxşı hiss edirik. Sona kimi gedəcəyik – ya qələbə, ya ölüm”, - o deyib.


Üsyançılara dəstək vermək üçün yüzlərlə insan Yerevan küçələrinə çıxdı
Üsyançılara dəstək vermək üçün yüzlərlə insan Yerevan küçələrinə çıxdı



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
283 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...