Azərbaycanın bütün məscidlərində Türkiyə şəhidlərinin xatirəsinə cənazə namazı qılınacaq

Azərbaycanın bütün məscidlərində Türkiyə şəhidlərinin xatirəsinə cənazə namazı qılınacaq


Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısını alan zaman şəhid olanların xatirəsinə Azərbaycanın bütün məscidlərində qaibanə cənazə namazı qılınacaq. "Report" xəbər verir ki, bunu Şəkidə vətəndaşlarla görüşündə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.

O qeyd edib ki, bununla bağlı Azərbaycanın bütün məscidlərinə tapşırıq verilib: "Bu gün cümə namzaından sonra ölkədəki bütün məscidlərdə Türkiyədə dövlət çevrilişinin qarşısını alan zaman həlak olan şəhidlərin xatirəsi anılacaq, onların qaibanə cənazə namazı qılınacaq, ruhlarına dua oxunacaq".

Qeyd edək ki, Fətullahçı Terror Təşkilatı (FETO) iyulun 15-də Türkiyədə dövlət çevrilişinə uğursuz cəhd göstərib. Bu zaman 246 nəfər şəhid olub, 2 mindən artıq insan yaralanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
238 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...