Nikoil Banka yeni rəhbər təyin edildi - Eksküliziv

Nikoil Banka yeni rəhbər təyin edildi -


Nikoil Bankın idarə heyətinə yeni sədr təyin edilib. Nikoloz Şurgaia Nikoil Bankın idarə heyətinə sədr təyin edilib. Bu barədə Gundeminfo.az-a bu gün bankın mətbuat xidmətindən rəsmi açıqlamada bildirilmişdir. O, bu vəzifədə 2005-ci ildən bankın idarə heyətinin sədri vəzifəsində çalışan Vasiliy Viktoroviç Xamazanı əvəz etmişdir.

Nikoloz Azərbaycan, Belarus, Gürcüstan, Rusiya və Böyük Britaniyada maliyyə sektorunda 20 illik təcrübəsi olan peşəkar bankirdir. Hazırda o, Belarus və Gürcüstanda bir neçə bankın və Gürcüstan Fond Birjasının müşahidə şuralarının üzvüdür. Cənab Nikoloz London Biznes Məktəbi, eləcə də Tbilisi Dövlət Universitetinin məzunudur.

Rəhbərlik dəyişikliyi bankın Azərbaycanda biznes qurumları və fərdi şəxslərə müasir keyfiyyətli maliyyə xidmətlərini təqdim edən etibarlı bir tərəfdaşa transformasiya prosesini sürətləndirməmlə izah olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
463 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...