Azərbaycanlılar ABŞ meydanlarında Gülənin ekstradisiyasını tələb edir

Azərbaycanlılar ABŞ meydanlarında Gülənin ekstradisiyasını tələb edir


Bostonda (Massaçusets ştatı) təxminən min nəfər insan etiraz aksiyasına çıxaraq nurçuluq təriqətinin lideri Fətullah Gülənin Türkiyəyə ekstradisiya olunmasını tələb edib. Virtualaz.org bildirir ki, məlumatı Türkiyə KİV-i yayıb.

Məlumatda deyilir ki, ABŞ-da yaşayan və Boston parkına çıxan Türkiyə və Azərbaycan vətəndaşları əllərində ingilis və türk dillərində "Biz Türkiyə ilə birlikdəyik!", "Obama, Güləni ekstradisiya et!” kimi şüarların yazıldığı plakatlar tutublar. Türkiyənin Bostondakı baş konsulu Omur Budak aksiyanı "möhtəşəm” adlanırıb və qürur duyduğunu söyləyib.

Xatırladaq ki, bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-dan Gülənin ekstradisiyasını tələb edib. Prezidentin sözlərinə görə, Gülən və tərəfdarlarının çevriliş cəhdində əlləri var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
210 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...