Məşhur müğənnidən quruyan Urmiya gölünə dəstək

Məşhur müğənnidən quruyan Urmiya gölünə dəstək

Türkiyənin məşhur müğənnisi Mustafa Sandal Cənubi Azərbaycanda yerləşən Urmiya gölünün qurumasına səssiz qalmayıb. Musavat.com bildirir ki, müğənni sosial şəbəkədə Urmiya gölünə aid haştaq yaradaraq gölün quruması məsələsini insanların diqqətinə çatdırmağa çalışıb. Müğənni statusunda bildirib:
“Verdiyimiz sözü əsla unutmarıq! Urmiya gölü yox olub, çöp olmasın!”

Qeyd edək ki, Mustafa Sandalın bu addımı sosial şəbəkə izləyiciləri, xüsusən də güneyli azərbaycanlılar tərəfindən böyük rəğbətlə qarşılanıb, şərhlərdə öz təşəkkürlərini bildiriblər.
Xatırladaq ki, Urmiya gölü dünyanın ikinci böyük duzlu gölüdür. Göl İranın ən böyük vilayətlərindən olan Qərbi və Şərqi Azərbaycan arasında yerləşir. Artıq bir neçə ildir ki, göl 94-95 faiz quruyaraq duzlu çölə çevrilməkdədir. Ətraf mühitin mühafizəsi təşkilatları onun bu cür qurumasına səbəb kimi yağış və qar sularının azalmasından başqa, gölə axan çaylar üzərində 45 bəndin tikilməsini göstərirlər. Bu da gölün ətrafında yerləşən kənd təssərrüfatı və əkin sahələrinin məhvi deməkdir. İran prezidenti Həsən Ruhani hələ seçkilərdən əvvəl 100 gün ərzində Urmiya gölünün qurumasına son verəcəyini demişdi. Bu ilin may ayında isə prezident açıqlama verərək bildirib ki, həyata keçirilən layihələr, səylər və insanların köməyi ilə Urmiya gölündə 10 sm su artımı müşahidə olunur.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
256 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...