Neftinin qiyməti apreldən etibarən ilk dəfə 43 dollardan aşağı düşüb

Neftinin qiyməti apreldən etibarən ilk dəfə 43 dollardan aşağı düşüb


Dünya bazarında neft kəskin ucuzlaşıb. "APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,19 dollar azalaraq 41,73 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,51 dollar azalaraq 42,96 dollar olub. Beləliklə, Brent markalı neftin 1 barelinin qiyməti cari ilin aprelin 20-dən etibarən ilk dəfə 43 dollardan aşağı enib. Analitiklər neftin ucuzlaşmasını ABŞ-da neft ehtiyatlarının artması ilə əlaqələndirir. ABŞ-ın Energetika Nazirliyinin açıqladığı statistikaya əsasən, 16-22 iyul aralığında neft ehtiyatları 519,5 mln. bareldən 521,1 mln. barelədək artıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
286 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...