Millət vəkilinin “biqeyrət” ittihamına cavab: - “Yengəlik dövrü bitdi”

Millət vəkilinin “biqeyrət” ittihamına cavab: -


Millət vəkili Tahir Kərimli bir neçə gün əvvəl Bakıda homoseksualların toy mərasiminin keçirilməsi ilə bağlı yayılan məlumatlar haqda öz fikirlərini səsləndirib. Deputanın işlətdiyi bəzi ifadələr isə cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Belə ki, T. Kərimlinin yeni nəsli “biqeyrət” adlandırması narazılığa səbəb olub: “Bu nə biabırçılıqdır, hər şeyi məhv elədilər, gələcəyimizi, balalarımızı əlimizdən aldılar. Cəmiyyət o qədər güclüdür ki, biz valideynlər daha onlara təsir edə blmirik. Biz olanları aradan qaldıra bilmirik. Yaşım 60-ı keçib. Özümün və ölkəmin gələcəyi üçün bu cür babırçılıqlardan çox narahatam. Gələcəyə biqeyrət nəsil yetişir. Balalarımızın, nəvələrimizin belə hala salınması məni yandırır, ona görə də, internet və sosial şəbəkələr, televiziya kanalları üzərində əxlaq nəzarəti qoymaq və gücləndirmək lazımdır. Senzura qoymaq lazımdır”.

Tanınmışlar millət vəkilinin bu fikirlərinə münasibət bildirib.

Şair Aqşin Yenisey AzNews.az-a açıqlamasında bildirib ki, indi heç kimi yüz il bundan əvvəlki həyat şərtləri ilə yaşamağa məcbur etmək olmaz:

“Əhəmiyyətsiz narahatlıqdır, əxlaq, ənənələr, bunlar zamanla dəyişən, dəyişdirilən məfhumlardır. Tüfəngin icadı dünyanın döyüş ənənələrini dəyişdiyi, Koroğluları kişilikdən məhrum etdiyi kimi, internetin icadı da öz təsirlərini göstərəcək. Biz bundan imtina etməli yox, buna hazır olmalıyıq. Milli-mənəvi dəyərlərə yengəlik etmək dövrü bitdi”.

Yazıçı-dramaturq Firuz Mustafa isə millət vəkilinin seçicilərinin də ondan narahat olduğunu deyib:

“Yumşaq desək, çox gülməli və ağlamalı təklifdir.... Güman etmək olar ki, Tahir Kərimlinin seçiciləri də ondan çox narahatdır... Amma Tahir Kərimlinin səmimiyyətinə inanıram”.

Şair Sərif Ağayar isə Azərbaycan telekanallarına baxmadığını dedi:

“Televizorum da yoxdur. Bütün ərkim çatan və mənə inanan insanlara da tövsiyə edirəm. Odur ki, Tahir müəllimi narahat edən problemi özüm üçün çoxdan həll eləmişəm. Amma fikir kimi alqışlamıram. Elə efiri bu günə qoyan qeyri-rəsmi senzuradır. Adamı doğrunu demədən danışmağa məcbur edəndə ortaya meymunluq, manıslıq, düşüklük çıxır”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
379 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...