ABŞ-dan Gülən və hərbi çevrilişlə bağlı yeni açıqlama

ABŞ-dan Gülən və hərbi çevrilişlə bağlı yeni açıqlama


ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi ABŞ-ın Türkiyədəki qanlı çevriliş cəhdinin arxasında olduğuna dair söylənənlərə reaksiya verərək deyib: "Türkiyə təkcə bir müttəfiq deyil, eyni zamanda, dostdur".

Musavat.com xəbər verir ki, Kirbi günlük brifinqdə ABŞ-ın Pensilvaniya ştatında yaşayan və Türkiyədə 15 iyulda hərbi qiyam cəhdini təşkil etməkdə ittiham olunan Fətullah Gülən barədə də danışıb.

Kirbi deyib ki, Türkiyədəki hərbi çevriliş cəhdinin ABŞ-la bağlılığı yoxdur. F.Gülənin Türkiyəyə verilməsi məsələsinə toxunan Kirbi bildirib: "Biz Gülənin qaytarılması haqqında mütəmadi olaraq danışırıq. Bu dəlill-sübutlardan asılı olan bir durumdur".

Kirbi deyib ki, bu proses Dövlət Departamenti və Ədliyyə Nazirliyinin yurusdiksiyası altındadır: "Daha əvvəl dediyim kimi, bəzi sənədlər bizə çatıb və hazırda analiz edilir. Bu mövzuda yenilik yoxdur".

Dövlət Departamentinin sözçüsü onu da deyib ki, Türkiyə hökuməti çevriliş cəhdini sona qədər araşdırmalıdır və çevriliş cəhdi edənləri məsuliyyətə cəlb etməlidir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
275 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...