Türkiyə çevriliş cəhdində istifadə olunan hərbi bazaları bağlayır

Türkiyə çevriliş cəhdində istifadə olunan hərbi bazaları bağlayır

Türkiyədə hərbi çevrilişə cəhd zamanı qiyamçıların qərargahı olan "Akıncı" hərbi bazası bağlanacaq. Virtualaz.org Türkiyə mediasına istinadən bildirir ki, bunu Türkiyənin baş naziri Binali Yıldırım bəyan edib. Binəli Yıldırım hərbi bazanın yerləşdiyi Kazanda keçirdiyi görüşdə deyib: "15 iyulda Ankarada və İstanbulda tankların çıxarıldığı, helikopterlərin havaya qaldırıldığı bütün bazalar bağlanacaq. Buradan hər kəsə deyirəm, xainlərin yuva saldığı Akıncı hərbi bazası da bağlanacaq. Bura şəhidlərin xatirəsini yaşadacaq məkana çevriləcək. Millətin üstünə tank yeridənlər artıq burada o tankları tapa bilməyəcklər".

Onun sözlərinə görə, hərbi çevrilişə cəhdlə birbaşa əlaqəsi olan Fətullah Gülən də ABŞ-dan ekstradisiya ediləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
275 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...