Nazirlikdən çörəyin bahalaşacağı xəbəri ilə bağlı AÇIQLAMA

Nazirlikdən çörəyin bahalaşacağı xəbəri ilə bağlı


İqtisadiyyat Nazirliyi çörəyin bahalaşması ilə bağlı yayılan xəbərə münasibət bildirib.

Gundeminfo.az yazır ki, “Qafqazinfo”ya açıqlamasında nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev xəbəri təkzib edib: “Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin apardığı monitorinqlər zamanı çörəyin qiymətində artım müşahidə olunmayıb. Əgər hər hansı bir dəyişiklik baş verərsə, bu məsələ araşdırılacaq”.

Qeyd edək ki, mətbuatda sabahdan etibarən çörəyin qiymətinin 10 qəpik artacağı ilə bağlı xəbərlər yayılıb. Qiymət artımından sonra hazırda 30 qəpiyə satılan çörəyin 40 qəpiyə, 40 qəpik olan çörəyin isə 50 qəpiyə satılacağı bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
316 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...