Ermənilər Ərdoğan-Putin görüşü üçün təxribat hazırlayıb – ilginc gəlişmə

Ermənilər Ərdoğan-Putin görüşü üçün təxribat hazırlayıb –


İki liderin tarixi görüşünü pozmaq üçün xain cəhd ; Türkiyə-Rusiya münasibətlərində istiləşmə düşmən tərəfin yuxusunu yenidən qaçırıb; prezidentlərin Sank-Peterburq görüşünün əhəmiyyətini azaltmaq üçün erməni diasporu hərəkətə keçib...
Bir həftə sonra, avqustun 9-da Sank-Peterburqda Türkiyə və Rusiya prezidentləri - Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin bir araya gələcəklər. Görüşün önəmi, hətta tarixi əhəmiyyəti haqda kifayət qədər yazmışıq. Yalnız iki vacib detalı vurğulayaq.

Biri odur ki, bu, iki ölkə arasında “Su 24" insidentinə görə pozulmuş münasibətlərin bərpasından sonra liderlərin ilk təması olacaq. İkincisi isə Putin Türkiyədəki 15 iyul hərbi çevriliş cəhdindən sonra Ərdoğanın canlı təmasda olacağı ilk xarici dövlət başçısı olacaq. Rusiya-Qərb və Türkiyə-Qərb (ABŞ), Türkiyə-NATO münasibətlərindəki gərginliyi ciddiyə alsaq, Peterburq görüşünün bu xüsusda ikiqat diqqət mərkəzində olacağı gözlənilir.

***

Ankara-Moskva münasibətləri normal məcraya qayıtsa da, sözsüz ki, iki ölkə arasında həlli müşkül olan məsələlər hələ qalır. Bunlar ilk növbədə Suriya (Bəşər Əsəd), PKK mövzuları və Güney Qafqazda toqquşan maraqlarla bağlı məsələlərdir. Lakin söz yox ki, iki regional supergücün yaxınlaşması bu və digər konfliktli məsələlərdə ortaq dil tapmaq üçün əlverişli platforma yaradacaq, anlaşma və etimad atmosferini gücləndirəcək.

Öz çözümünü gözləyən ortaq məsələlərdən biri Dağlıq Qarabağ ixtilafıdır. İşğalçı Ermənistanı da ən çox narahat edən Ankara ilə Moskva arasında Qarabağa dair hansısa siyasi bazarlığın mümkünlüyü sarıdandır. Ümumiyyətlə, ermənilər, onların diasporu, məlum səbəblərdən həmişə Moskva-Ankara yaxınlaşmasına qarşı çıxıblar. Təsadüfi deyil ki, “Su 24" insidentindən dərhal sonra Rusiya mediasında ən çox canfəşanlıq edən, ”yanan ocağa yağ tökən", “rusdan çox rus üçün yanan” məhz Rusiyada kök salmış erməni əsilli ekspertlər, politoloqlar, “ictimai xadimlər”, ermənilərin nəzarət etdikləri media qurumları oldu.


Təbii ki, onlar Türkiyə-Rusiya barışığından sonra da öz bəd əməllərindən əl çəkən deyillər. Belə ki, indi də ermənilərin Ərdoğan-Putin görüşü üçün təxribat hazırladıqları haqda məlumat yayılıb. Rusdilli vesti.az saytının xəbərinə görə, iki ölkə arasında istiləşmənin ardınca reallaşacaq Sankt-Peterburq görüşü üçün Rusiya erməni diasporasının iştirakı ilə belə bir provokasiya planlaşdırılır.

Məlumata görə, həmin gün Peterburqda Ərdoğanın gəlişinə təşkil olunacaq etiraz mitinqində “Su 24" təyyarəsinin həlak olan pilotu Oleq Peşkovun xatirəsini yad eləmək bəhanəsi Ərdoğan əleyhinə, Türkiyə əleyhinə şüar və tələblər səslənəcək. O da bildirilir ki, mitinq əslidə öncədən planlaşdırılsa da, Ərdoğanın səfərə gələcəyi bəlli olandan sonra ona korrektələr edilib.

“Aksiya iştirakçıları vurulan təyyarəyə və pilotun ölümünə cavabdeh olan, bu insidentə görə düz-əməlli üzr istəməyən, təzminat ödəyən türkiyəli qonağın səfəri əleyhinə çıxacaqlar. Hesab edərək ki, Kremlin Türkiyə rəhbərliyi ilə barışması həddən-ziyadə tələsik və yanlış addım olub, etirazçılar Türkiyə kurortları və mallarını boykot etməyə çağıracaq, kürdlərin və Türkiyə solçularının Ərdoğanın diktatura rejiminə qarşı mübarizəsinə, onun hakimiyyətdən kənarlaşdırılmasına dəstək nümayiş etdirəcəklər” - mitinqlə bağlı yayılan anonsda deyilir.

Maraqlıdır ki, anonsda ermənilərin mitinqdə iştirakı haqda bir şey deyilmir, amma nədənsə anons sosial şəbəkələrdə ən fəal şəkildə məhz erməni diaspor təşkilatlarının səhifələrində yayılmaqdadır. Əslində burada təəccüblü bir şey də yoxdur. Məsələ ondadır ki, ötən ilin dekabrında da ermənilər analoji mitinqə “saxta genosid”, “Arsaxın müstəqilliyi” ilə bağlı plakatlarla gəlmişdilər, ancaq elə ki, onların şəhər rəhbərliyi ilə problemləri çıxdı, bəyan elədilər ki, mitinqə heç bir aidiyyətləri yoxdur, sadəcə, müşahidə eləməyə gəlibmişlər.

“Hərçənd budəfəki aksiya Sankt-Peterburq rəhbərliyi ilə razılaşdırılıb, heç də pis olmaz ki, şəhər hökuməti aksiyaya erməni marağını da diqqətdə saxlasın. Axı çoxdan bəlli həqiqətdir ki, harada ermənilər var, orada həmişə təxribatlar var” - sayt xəbərdarlıq edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
272 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...