"Petkim"in obyektlərində aparılan əməliyyatlarda 11 nəfər tutulub

"Petkim"in obyektlərində aparılan əməliyyatlarda 11 nəfər tutulub


"Petkim Petrokimya Holding A.Ş."-yə məxsus olan və İzmir şəhərinin Aliağa adlanan ərazisində yerləşən bir neçə obyektdə Türkiyənin hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində 11 nəfər saxlanılıb. "APA-Economics" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, məhkəmə aralarında "Petkim"in vəzifəli şəxslərinin də olduğu 31 nəfərin həbsinə dair qərar çıxarıb. Onlardan 11 nəfəri daha əvvəl İstanbul və Manisa şəhərlərində saxlanılıb.


"Petkim Petrokimya Holding A.Ş."-yə məxsus olan və İzmir şəhərinin Aliağa adlanan ərazisində yerləşən bir neçə obyektdə Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən xüsusi əməliyyat keçirilir.

"APA-Economics" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, əməliyyat FETÖ terror qruplaşmasına qarşı aparılan tədbirin tərkib hissəsidir.

Hüquq-mühafizə orqanları ərazidə axtarışlar aparır.

Saxlanılanlar barədə məlumat yoxdur.

Xatırladaq ki, bundan öncə "Petkim Petrokimya Holding A.Ş."-nin baş direktoru Saadettin Korkut tutduğu vəzifədən istefa verib. Bunun ardınca S. Korkut hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bundan başqa, şirkətin bir neçə rəhbəri şəxsi, o cümlədən baş direktorun satınalmalar üzrə müavini Natiq Dəmirov işdən çıxarılıb.

S. Korkutu SOCAR-ın Yunanıstandakı törəməsinin ("SOCAR Greece") rəhbəri işləmiş Anar Məmmədov əvəzləyib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
455 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...