"Qarabağ" uduzdu - Mərhələyə çıxa bilmədi - VİDEO
Oyun 1:1 hesabı ilə başa çatdı. "Qarabağ" doğma meydanda bu nəticəni göstərdiyi üçün Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazana bilmir.
Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.
“Qafqazinfo” xəbər verir ki, ölkəmizi turnirdə təmsil edən “Qarabağ” Çexiyanın “Viktoriya” Plzen klubu ilə qarşılaşacaq.
Ağdam təmsilçisi “Viktoriya”nı mübarizədən kənarlaşdırsa,, Azərbaycan futbolunda ilkə imza atacaq. Buna qədər heç bir təmsilçimiz Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanmayıb.
2 avqust
Çempionlar Liqası, III təsnifat mərhələsinin cavab oyunu
20:30. "Qarabağ" (Azərbaycan) - “Viktoriya” Plzen (Çexiya)
İlk oyun: 0 - 0
Baş hakim: Hüseyin Göçek
Yan xətt hakimləri: Mustafa Əmrə Əyisoy, Kamal Yılmaz
Dördüncü hakim: Barış Şimşək (hamısı Türkiyə)
UEFA nümayəndəsi: İqor Satkii (Moldova)
Hakim-inspektor: Andreas Akkelides (Kipr)
Stadion: Tofiq Bəhramov adına Respublika stadionu
***
Oyun başladı.
***
28-ci dəqiqədə "Qarabağ" hesabı açdı. Muarremin qoluyla hesab 1:0 "Qarabağ"ın xeyrinədir.
***
İlk hissə başa çatdı.
***
İkinci hissə başladı.
***
Oyunun 85-ci dəqiqəsində "Viktoriya" hesabı bərabərləşdirir. Hesab 1:1.
***
251 dəfə oxundu