DSMF aparat rəhbəri Şahin Quliyev yeni vəzifə alır?

DSMF aparat rəhbəri Şahin Quliyev yeni vəzifə alır?


Səlim Müslümovun yeni fovariti artıq özünə “komanda” toplayır və bu komandanın əsas fiqurlarından biri Beyləqan ƏSMM müdiri Anar Vəliyevdir. Hər halda Anar Vəliyev özü belə iddia edir.

Beyləqan ƏSMM müdiri Anar Vəliyev yaxın günlərdə DSMF-nin aparat rəhbəri Şahin Quliyevin yüksək vəzifəyə təyinat alacağını və bundan sonra onun da nazirliyə şöbə müdiri gedəcəyini yaxın ətrafına bildirib. Beyləqandan daxil olma məlumata Beyləqan ƏSMM müdiri Anar Vəliyev bu barədə həddindən artıq əmin bəyanatlar verir və özü də hazırda Bakıya köçmək üçün yır-yığış içindədir.

Beyləqan ƏSMM müdiri Anar Vəliyevin DSMF-nin aparat rəhbəri Şahin Quliyevə arxalanaraq özbşınalıq etməsi və vətəndaşlardan sosial yardım almaq üçün 6 aylıq vəsaiti öncədən istəməsi barədə saytımıza göndərilən şikayət məktubu dərc etmişdik. “DSMF-nin aparat rəhbəri Şahin Quliyev Beyləqan ƏSMN-nin müdirinə necə havadarlıq edir”, başlıqlı həmin yazımızda bildirilirdi ki, Anar Vəliyev həyata keçirtdiyi qanunsuzluqları yerlisi, həmkəndlisi və qohumu DSMF-nin aparat rəhbəri Şahin Quliyevə arxalanamqla həyata keçirir. Mərkəz müdiri ondan yuxarı dairlərə edilən şikayətlərin məhz aparat rəhbəri tərəfindən qarşısının alınacağına və onun üçün problem olmayacağında arxayın olduğu üçün vətəndaşların haqlarını təmin etmir.

Beyləqandan cumhuriyyet.az-a daxil olan başqa bir məlumata görə yaxın günlərdə rayon ƏSMM müdiri Anar Vəliyev tutduğu vəzifədən kənarlaşdırılacaq. Belə ki, mərkəz müdiri daha böyük vəzifəyə, nazirliyə gedəcəyi ilə bağlı yaxın ətrafını məlumatlandırıb. Mənbəmiz iddia edir ki, DSMF-nin aparat rəhbəri Şahin Quliyev yaxın günlərdə nazir Səlim Müslümovun əmri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yüksək vəzifəyə təyinat alacaq. Məlumata görə, Anar Vəliyev yaxın ətrafına bildirib ki, Şahin Quliyev vəzifəyə gedən kimi onu da özü ilə nazirlikdəki şöbələrin birinə gətirəcək. Artıq məsələnin hətta nazir Səlim Müslümovla razılaşdırıldığı və yaxın aylarda bu təyinatın gerçəkləşəcəyini açıq şəkildə dilinə gətirən ƏSMM müdiri indidən özünə varis axtarır. Rayondakı mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, mərkəz müdiri nazirliyiə şöbə müdiri gedəcəyi halda öz yerinə qardaşını təyin etmək niyyətindədir. Onu da bildirək ki, Anar Vəliyevin rayonda bir neçə yaxın qohumu nazirliyə bu və ya digər şəkildə bağlı olan strukturlarda çalışır. Belə ki, onun qardaşı Beyləqan DSMF-də və qardaşı arvadı Leylan Nəsirova isə rayon 37 saylı TSEK müdiri vəzifəsində çalışır.

Mənbəmiz onu da bildirib ki, Beyləqan və Füzuli rayonlarını əhatə edən 37 saylı TSEK-də həyata keçirilən saxta müavinat işlərinə Anar Vəliyev özü nəzarət edir. İlk əvvəllər bu işi rayon mərkəzi xəstəxanasının həkimi və komisiyanın sədri Şahlar həkim həyata keçirirdi. Lakin son aylar TSEK-dəki bütün qanunsuz əməllərə nəzarəti Anar Vəliyev özü edir. Çünki qardaşı arvadı Leylan Nəsirovun səhfə yol verə biləcəyi və “ilişə” biləcəyindən narahat olduğu üçün işlərə müdaxilə etmək məcburiyyətində qalıb. Həm də rayonda hər kəs yaxşı bilir Leylan Nəsirovu TSEK müdiri vəzifəsinə Anar Vəliyev DSMF-nin aparat rəhbəri Şahin Quliyevin əli ilə təyin etdirib. Onu da qeyd edək ki, təkcə Beyləqan ƏSMM-də və DSMF-nin rayon şöbəsində Anar Vəliyevin xeyli yaxın qohumları işləyirlər.

Mənbəmiz həmin işçilərin siyahısını saytımıza göndərib və kiçik bir araşdırmadan sonra Anar Vəliyevin ƏSMM-də və DSMF şöbəsində işləyən qohumlarının adlarını açıqlayacağıq.

Mənbə: cumhuriyyet.net



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
830 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...