Cüdoçu Rüstəm Orucov finala yüksəldi - Rio-2016

Cüdoçu Rüstəm Orucov finala yüksəldi -


Rio-2016 Yay Olimpiya Oyunlarında cüdo yarışları davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Rüstəm Orucov da tatami üzərinə çıxıb.

73 kq çəki dərəcəsində mübarizə aparan Orucov mübarizəyə 1/16 final mərhələsindən start verib. Tiflis Qran-prisinin və son Avropa çempionatının qızıl medalçısı olan təmsilçimiz Didar Həmzəni (Qazaxıstan) sınağa çəkib. Görüş həmyerlimizin qələbəsi ilə başa çatıb.


O, 1/8 finalda avstraliyalı Jak Benstedlə münasibətinə aydınlıq gətirib. Bu rəqibini də ipponla keçən təmsilçimiz 1/4 finala yüksəlib. Rüstəm yarımfinala çıxmaq üçün macarıstanlı Miklos Unqvariyə qalib qəlib.

Yarımfinal mərhələsində israilli Saqi Muki ilə mübarizə aparıb. Gərgin keçən döyüşdə rəqibini yuka xalı ilə yenən idmançımız finala yüksələrək həm də ilk medalımızı təmin edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
277 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...