"Fətullah Gülənin ağzını sildiyi salfeti yeyir, alt paltarını saxlayırlar" - YAXIN ADAMI AÇIQLADI

"Fətullah Gülənin ağzını sildiyi salfeti yeyir, alt paltarını saxlayırlar" -


Vaxtilə Fəttullah Gülənin ən yaxın adamlarından olan Əhməd Kələş qonaq olduğu televiziya proqramlarından birində Gülən və təşkilatı ilə bağlı heyrətamiz açıqlamalar verib.

Gundeminfo.az yazır ki, Lent.az-ın sozcu.com.tr-yə istinadən məlumatına görə, Ə.Kələş Gülənin ətrafındakı adamların ruhi vəziyyətini izah edərkən maraqlı bir örnək göstərib. O, Fətullah Gülənin Türkiyədə yaşayarkən qatıldığı bir səhər yeməyində təşkilat üzvlərindən birinin Gülənin ağzını sildiyi salfeti masadan götürüb yediyini deyib: “Bu cür anormallıq səviyyəsinə gələnlər sonradan ağlınıza gəlməyən hər şeyi icra edə bilir. Hətta Gülənin ağzını sildiyi salfetlə basdırılmaq istəyənlər də var”.
"Fətullah Gülənin ağzını sildiyi salfeti yeyir, alt paltarını saxlayırlar" -

Vaxtilə Gülənin yaxın çevrəsinə daxil olan Kələşin sözlərinə görə, hərəkat rəhbəri "istəsəm, əlimə aldığım kağızı pula, toxunduğum torpağı qızıla çevirərəm” deyirmiş: "Gülənin kəsilən dırnaq və saçlarını da müqəddəs sayıb saxlayırdılar. Alt paltarlarını da atmazdılar. Təşkilatdan olmayan hər kəsi düşmən kimi görürdük. Hətta Gülənin əlindən öpmək xüsusi bir üstünlük, mühüm mərasim sayılırdı”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
995 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...