“Anası Fətullah Güləni o qədər döyüb ki,..“
Türkiyənin iqtidar partiyası olan Ədalət və İnkişaf Partiyasının təsisçilərindən olan keçmiş İstanbul millət vəkili Hüseyin Kansu Fətullah Gülən haqqında çox maraqlı iddialar irəli sürüb
Lent.az-ın "Sözcü"yə istinadən məlumatına görə, keçmiş deputat iddia edib ki, Fətullah Gülənin anası tərəfindən həmişə döyülüb:
"Onun qadınlara nifrətinin kökündə də məhz bu yatır. Qadınlara buna görə nifrət edir"
Gülənin tələbəlik və imamlıq dövründə həmişə məscidlərdə yatdığını deyən H.Kansu bunu da onun qadınlarla eyni ortamda qalmaq istəməməsi ilə əlaqələndirib: "Belə bir ruhi vəziyyəti var. Psixoloji testdən keçiriləndə hər kəs anlayacaq". Gülənin dəli olduğunu iddia edən keçmiş deputat deyib ki, Hizmet Hərəkatı lideri özünü İmam Mehdi zənn edir və ətrafındakıları da buna inandırıb: “Özünün kainat imamı olduğunu deyirdi. Psixopat ruhlu biri olduğu ortaya çıxdı".
H.Kansunun iddialarından biri də ondan ibarətdir ki, Gülən insanları özünə tərəf çəkmək üçün cadudan istifadə edirmiş: “ Ətrafında cadu, sehr etməyi bacaran adamları var. Bir insanı əldə etmək istədiklərində razı sala bilmirlərsə, cadu edirdilər”.

288 dəfə oxundu