Rövşən Lənkəranski ölməyib, sağdır - Açıqlama

Rövşən Lənkəranski ölməyib, sağdır -


Türkiyədə silahlı hücuma məruz qalan Rövşən Canıyevin (Lənkəranski) vəziyyəti ağırdır. Bu barədə AzVision.az-a İstanbulda yerləşən Şişli Etfal Xəstəxanasından bildirilib. Məlumata görə, Rövşən Lənkəranski sağdır, onun dünyasını dəyişməsi ilə bağlı məlumatlar doğru deyil. Xəstəxanadan bildirilib ki, Lənkəranski reanimasiya şöbəsinə yerləşdirilib.

Əlavə məlumat verilməyib. Qeyd edək ki, İstanbulda Barbaros Bulvarında, otellərdən birindəki toplantıdan dövlət seriya nişanı “90 ND 011” nişanlı avtomobillə ayrılan R.Lənkəranski digər maşınla otelin önünə gələn 2 nəfərin silahlı hücumuna məruz qalıb. Yerli KİV-də hadisə nəticəsində Rövşən Canıyevin (Lənkəranski) dünyasını dəyişməsi haqda məlumatlar yayılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
620 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...