“Putin Qarabağı məcburi geri verdirəcək” - Fridman

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin son günlərdə atdığı üç addım artıq onun dəyişdiyini göstərir. Axar.az Equities nəşrinə istinadən xəbər verir ki, bu açıqlama ilə ekspert Corc Fridman çıxış edib: “Putinin yaxın köməkçisi və Prezident Administrasiyasının rəhbəri Sergey İvanovu tutduğu vəzifədən azad edib daha aşağı vəzifəyə keçirməsi bu addımlardan birincisi və mühümüdür.
Bir neçə həftə öncə prezident üç fərqli qubernatoru vəzifəsindən uzaqlaşdırıb, onların yerinə öz mühafizəçilərini təyin etdi.
Sözügedən şəxslərin aradan qaldırılması olduqca maraqlı addımdır. İkinci maraqlı addım Rusiyanın Ukraynaya təzyiqləri artırıb Krımda S-400 hava hücumundan müdafiə raketləri sistemlərini yerləşdirməsidir. 250 mil diapazonu olan sözügedən sistemlə Rusiya Ukrayna üçün çox böyük təhdid yaradır.
Və nəhayət, üçüncü və ən mühüm addım Vladimir Putinin Dağlıq Qarabağın bir hissəsinin Ermənistan tərəfindən məcburi şəkildə Azərbaycana geri qaytarılması ilə bağlı bəzi eyhamlar vurmasıdır. Ermənistan Rusiyanın köhnə müttəfiqidir və ərazisində rus qoşunları var. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya səfərindən sonra Putin Sərkisyanla görüşdü və ona bəzi yeni xəbərlər haqda məlumat verdi. Bu, Rusiyanın siyasətində radikal dəyişikliklər deməkdir.
Görünən odur ki, Putin artıq zəifləyir və bəzi güzəştlərə gedəcək – o cümlədən, Qarabağın qaytarılmasına...”
299 dəfə oxundu