Rəsmi Vaşinqton təlaşda - Türkiyəyə müraciət etdi: "kürdləri qırmayın"

Rəsmi Vaşinqton təlaşda -


Pentaqon: “Türkiyə Suriyanın şimalında kürdlərlə döyüşü dərhal dayandırmalıdır”
ABŞ Müdafiə Nazirliyi Suriyanın şimalındalı Cerablus qəsəbəsinin İŞİD-dən azad edilməsindən sonra Türkiyə silahlı qüvvələrinin və onun dəstəklədiyi Azad Suriya Ordusunun YPG-PYD kürd birləşmələri ilə döyüşə girməsindən ciddi narahatlıq ifadə edib.

Virtualaz.org xəbər verir ki, Pentaqonun rəsmi nümayəndəsi, polkovnik Peter Kuk bölgədə Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu ilə kürd birləşmələri arasında baş verən döyüşlərin ABŞ tərəfindən “qəbuledilməz olduğunu” bildirib. “Tərəflər döyüşləri dərhal dayandırmalıdır”-Pentaqon nümayəndəsi The New York Times-ə bildirib.

“Biz İŞİD-in çıxarıldığı Cerablus bölgəsinin cənubunda Türk silahlı qüvvələri, bəzi müxalif qruplar və Suriya Demokratik Qüvvələrinə bağlı birliklər arasında döyüşlərə dair xəbərləri yaxından, narahatlıqla izləyirik. Bu döyüşlər qəbuledilməzdir və bölgədəki bütün silahlı oyunçular dərhal döyüşləri dayandırmalı, öz aralarında ixtilafa son verməlidir”-Peter Kuk bəyan edib.

* * *

Türkiyənin dəstəyi ilə Suriyanın şimalındakı Cerablus qəsəbəsini və ətraf kəndləri nəzarət altına alan Azad Suriya Ordusu hazırda PYD kürd qruplaşmasının nəzarətində olan Menbiç şəhərini tutmağa hazırlaşdığını bildirib.

Virtualaz.org xəbər verir ki, Azad Suriya Ordusuna daxil olan Sultan Murat Batalyonunun komandiri, polkovnik Ahmed Osman Menbiçin İŞİD-dən azad edilməsi əməliyyatında iştirak edən YPG kürd qruplaşması (PYD-nin hərbi qanadı) yaraqlılarının hələ şəhəri tərk etmədiyini, əksinə, mövqelərini gücləndirdiyini deyib. Onun sözlərinə görə, Azad Suriya Ordusu bir neçə gün ərzində Menbiçi kürdlərdən geri almağa hazırlaşır

Rəsmi Vaşinqton təlaşda -

Bu xəbərdarlıqdan sonra YPG-nin Menbiçə əlavə silah və canlı qüvvə cəmləşdirdiyi məlum olub. “Reuters”in xəbərinə görə avqustun 28-dən başlayaraq Menbiçə doğru silah və canlı qüvvə ilə dolu TIR-ların hərəkəti müşahidə edilir. Hazırda şəhərdə 3 minə yaxın YPG silahlısı var. Onlar müttəfiqləri ABŞ-ın tələblərinə və Türkiyənin xəbərdarlıqlarına baxmayaraq Menbiçi tərk etməyiblər.

[center]Rəsmi Vaşinqton təlaşda -


Xəbərlərə görə Menbiçdəki YPG silahlıları Demokratik Suriya Qüvvələri koalisiyasının şevronlarını taxmağa başlayıb və bununla da Türkiyəni aldadaraq bölgədə qalmağa çalışır. Lakin Türkiyə tərəfi xəbərdarlıq edib ki, YPG birləşmələri Fərat çayının şərq sahilinə keçməsə silah gücüylə bölgədən çıxarılacaq. Ötən iki gün ərzində Türkiyə ordusu YPG-nin mövqelərinə havadan və qurudan zərbələr endirib. Onlarla kürd yaraqlısının öldüyü xəbər verilir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
292 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...