“Aryevin Azərbaycan bəyanatı axmaqlıqdır”

“Aryevin Azərbaycan bəyanatı axmaqlıqdır”

Ukrayna Ali Radasının deputatları Azərbaycan hakimiyyətinin ünvanına təxribat xarakterli fikirlər söyləyən həmkarlarını, AŞ PA-nın vitse-prezidenti Vladimir Aryevi nəinki dəstəkləmirlər, hətta qınayırlar

Donetsk vilayətinin keçmiş qubernatoru, indiki deputat Sergey Taruta virtualaz.org saytına açıqlamasında bildirib ki, V.Aryevin bu hərəkəti onun qeyri-peşəkarlığından irəli gəlib.

“Mən istəyərdim ki, Azərbaycan xalqı və hakimiyyəti bir şeyi bilsin: bu, bir deputatın rəyi, fikridir və həmin fikir Ukrayna hökumətinin və ya Ali Radasının mövqeyini əks etdirmir. Təəssüf ki, Aryevin bu hərəkəti bəzi yeni deputatların əsla yetişmədiyini göstərir. Biz Azərbaycanla dost olmuşuq, dostuq və dost da olacağıq. Məqsədimiz bu münasibətləri strateji səviyyəyə qaldırmaqdır. Biz Azərbaycanda baş verən dəyişikliklərin səviyyəsini Aryev kimilərə göstərməliyik. Azərbaycanda tez-tez oluram və bu dövlətin son illərdə hansı uğurlara nail olduğunu görürəm. Ümid edirəm ki, bəzi ukraynalı deputatların belə populist bəyanatları bizim Bakı ilə gözəl münasibətlərimizi pozmayacaq” - deyə S.Taruta bildirdi.

Ukraynalı deputat bir daha bəyan etdi ki, Aryevin fikirləri rəsmi Kiyevin mövqeyini əks etdirmir və etdirə də bilməz: “Əlimizdən gələn hər şeyi edirik ki, parlamentin ilk iclasında Aryevin yol verdiyi axmaq hərəkətə obyektiv qiymət verək”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1140 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...