Etirazçılar prezidentin istefasını tələb edirlər

Etirazçılar prezidentin istefasını tələb edirlər

Hondurasın paytaxtı Tequiqalpda küçələrə çıxan 25 minə yaxın vətəndaş böyük korrupsiya qalmaqalına görə prezident Xuan Orlando Ernandesin istefasını tələb edir. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, dövlət başçısının əleyhinə şüarlar səsləndirən aksiya iştirakçıları Prezident Sarayının qarşısına yığışıblar.

Bir neçə gün əvvəl Ernandes müxalif siyasi koalisiyanı dialoqa çağırıb. Koalisiya Ernandesin prezident seçkiləri ilə bağlı olduğu ehtimal edilən korrupsiya qalmaqalı ilə bağlı müstəqil araşdırma tələb edir.

Hondurasın sosial təminat institutunun da adının hallandığı 200 milyon dolların mənimsənilməsi ilə bağlı qalmaqal ötən il qızışıb. Ernandes 2013-cü ildə özünün seçki kampaniyasının maliyyələşdirilməsi üçün adıçəkilən təşkilatdan pul aldığını etiraf edib. Ancaq prezident bəyan edib ki, o və onun “Milli partiyası” pulun mənbəyi barədə xəbərdar olmayıblar, bu səbəbdən özünün bu qalmaqalda hansısa formada iştirakını təkzib edib.

Honduras prezidenti vəzifəsinin icrasına 2014-cü il yanvarın 27-dən başlayıb. O, həmin zaman ölkədə cinayətkarlığın və zorakılığın səviyyəsinin azaldacağına, eyni zamanda 100 min yeni iş yeri açacağına vəd verib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1133 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...