Türkiyə sahillərində sərnişin gəmisi tankerlə toqquşub

Türkiyə sahillərində sərnişin gəmisi tankerlə toqquşub

Türkiyənin Çanaqqala yarımadasının yaxınlığındakı Dardanel boğazının şimal hissəsində "Celestyal Crystal" sərnişin gəmisi məhsul daşıyan "STI Pimlico" tankeri ilə toqquşub. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumatına görə, insident nəticəsində heç kəs xəsarət almayıb.

Məlumata görə, bütün sərnişin və ekipaj heyəti sağ-salamatdır: "Sərnişin gəmisi cüzi zərər görüb. Ekspertlər gəmiyə baxmalıdırlar".

Qeyd edək ki, gəminin heyətində 853 sərnişin,382 ekipaj üzvü olub. O, Yunanıstanın Mikonos adasından İstanbula istiqamət almışdı.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1133 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...