"Azərbaycan dünyada ən çox islahat aparan 10 ölkə sırasındadır"

"Azərbaycan dünyada ən çox islahat aparan 10 ölkə sırasındadır"

Sədrlik edən ölkə kimi Türkiyənin Azərbaycanı G20-yə qonaq ölkə qismində dəvət etməsi ölkələrimiz arasındakı yüksək strateji əməkdaşlıq və dostluq münasibətlərini bir daha təsdiq edir.

Salamnews xəbər verir ki, bunu iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan Regional Məsləhət Forumunda çıxışı zamanı söyləyib.

Onun sözlərinə görə, Türkiyənin sədrliyi dövründə B20 platforması çərçivəsində G20-yə daxil olmayan ölkələrin qlobal biznes məsələlərinin müzakirəsinə cəlb olunması daha geniş vüsət alıb: “Artıq bir sıra ölkələrdə regional məsləhətləşmə forumları keçirilir. Bu tədbirin region ölkələrindən məhz Azərbaycanda keçirilməsi heç də təsadüfi deyil. Bu forumla Azərbaycan da G20 çərçivəsində bu qlobal prosesə qoşulur."

Azərbaycanda gedən iqtisadi inkişaf barədə məlumat verən Ş.Mustafayev bildirib ki, ölkənin 10 il ərzində əldə etdiyi uğurlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib: “Sahibkarlığın inkişaf etdirilməsi Azərbaycan hökumətinin prioritetlərindən biridir. Bu gün Azərbaycanda güclü orta sahibkarlar təbəqəsi formalaşıb, müasir texnologiyalara əsaslanan minlərlə müəssisə açılıb, sahibkarlarımız xarici ölkələrdə uğurla fəaliyyət göstərirlər.


Bu vaxta qədər Azərbaycan iqtisadiyyatına 200 milyard dollar həcmində sərmayə yatırılıb ki, bunun yarısı xarici investisiyalardır.

Bu il isə 189 ölkənin iqtisadiyyatını qiymətləndirən “Doing Business 2015” hesabatında ən çox islahat aparan 10 ölkə sırasında 8-ci olmuşuq".


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1424 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...