FHN Olimpiya Stadionunu havadan, sudan və qurudan mühafizə edəcək

FHN Olimpiya Stadionunu havadan, sudan və qurudan mühafizə edəcək

Nazir müavini: "İdman obyektlərinin mühafizəsi ilə bağlı gücləndirilmiş iş rejiminə keçmişik"

Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Bakıda keçiriləcək Birinci Avropa Oyunları ilə bağlı görülən işlərdən danışıb. Lent.az-ın məlumatına görə, E.Mirzəyev FHN qüvvələrinin mayın 9-da Bakı Olimpiya Stadionunda keçirilən sınaq mərhələsində uğurla iştirak etdiyini deyib: "Bizim canlı qüvvələrimiz və texnikamız da sınaq tədbirində iştirak etdi və qarşıya qoyulan məqsədə nail oldu".

Nazir müavini əlavə edib ki, yarışların açılış və bağlanış mərasimlərinin keçiriləcəyi stadion hərtərəfli mühafizə olunacaq: "Fövqəladə Hallar Nazirliyi idman obyektlərinin mühafizəsi ilə bağlı artıq gücləndirilmiş iş rejiminə keçib. Yarışların açılış və bağlanış mərasimlərinin keçiriləcəyi idman obyekti həm havadan, həm qurudan, həm də sudan - Böyükşor gölü istiqamətindən mühafizə olunacaq. Nazirliyin 2 helikopteri də bu işə cəlb edilib və havadan nəzarəti həyata keçirəcək".

E.Mirzəyev qeyd edib ki, FHN digər nazirliklərlə birgə qarşılıqlı əlaqənin qurulmasında və təkmilləşdirilməsində iştirak edir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1341 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...