"Broker Əbülfəz"in oğlu şamaxıda vətəndaşı aldadıb - sənədlər
Uzun illər Azərbaycan gömrüyündə brokerlərin kralı kimi tanınan Əbülfəz Məlikovun müdhiş ailə biznesi ortaya çıxıb. Əbülfəz Məlikov illərlə ölkə gömrüyündəki manapolistliyindən, qanunların yanından keçərək topladığı pulları leqallaşdırmaq üçün ailə üzvlərinin adına biznes qurub.
Gömrükdən bəlli yollarıla toplanan həcmi milyonlarla ölçülən pullar ölkə daxilində realizə edilir. Azərbaycanda oğlu Murad Məlikovun adına restoranlar şəbəkəsi qurur.
Əbülfəz Məlikovun oğlunun 19 yaşı olmasına baxmayaraq böyük ehtimalla atasının maddi dəstəyi ilə iri biznes imperiyası qurub.
Gundeminfo.az xəbər verir ki, "Broker Əbülfəz"in oğlu Murad Məlikovla bağlı araşdırmaçı jurnalis Cavanşir Həsənli yeni faktlar aşkarlayıb. Həmin faktları təqdim edirik:
Gömrük brokeri kimi məşhurlaşmış Əbülfəz Məlikovun 1990-cı il təvəllüdlü oğlu Murad Məlikov 19 yaşından şirkət sahibidir. "AMAR-ŞİRVAN" MMC vasitəsilə o, Şamaxıda xeyli torpaq sahəsi alıb. 2009-cu ildən bəri şirkət məhkəmələrə cəlb olunub, torpaq alqı-satqı müqavilələrinin saxta olması ilə bağlı iddialarla üzləşib. Məsələn, məhkəmələrdə ortaya çıxan faktladdan biri Şamaxıda Mikayıl Əhmədov adlı şəxsə məxsus 3 hektar torpaq sahəsinin saxta sənədlərlə həmin şirkətə satılmasıdır.
Amma hər qədər məhkəmə qalmaqalları ilə üzləşsə də, Murad Məlikov Bakıda restoran biznesini inkişaf etdirə bilib. Bununla yanaşı o, Gürcüstanda turizm şirkəti yaradıb, Britaniyada şübhəli biznes sahibi olub.
Məsələn, VAGO Travel Ltd şirkəti 2013-cü il iyulun 4-də Tiflisdə qeydiyyata alınıb. Tbilisi, Isani-samgoris Raionshi, Lekh Kachinskis K., N 84/5 ünvanında yerləşir.
Qeydiyyat sənədlərinə görə, şirkətin 50 faizlik hissəsi Gürcüstan vətəndaşı Şalva Jalabadzeyə, 50 faizlik hissəsi Murad Məlikova aiddir.
Gömrük brokerinin oğlunun Seyşeldə qeydiyyatdan keçmiş və postsovet məkanında çirkli pulların yuyulmasında ittiham olunan şirkətlərlə bağlantısı da varmış...
Gundeminfo.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
1034 dəfə oxundu