Atabank bağlanır
Yaxın günlərdə Azərbaycan Mərkəzi Bankı Atabank Kommersiya Bankının lisenziyasını ləğv edəcək. Bu barədə Gundeminfo.az-a etibarlı mənbələrdən məlumat daxil olub. Məlumata əsasən ilin sonuna qədər nizamnamə kapitalı ilə bağlı öhdəliklərin icrasında mövcud olan problemlər daha ciddiləşəcək.
Bildirilir ki, Atabank-ın faktiki aktivlərində də ciddi azalma var. Həmçinin bankın xarici borcları da kifayət qədər artıb. Bundan başqa bank biznes və istehlak kreditlərinin verilməsini də bir neçə aydır ki, dayandırıb. Bundan başqa Atabankın cari il üzrə əmanət yığımlarında da mənfi tendensiya mövcud olub. Bu baxımdan da həm Mərkəzi Bank qarşısında, həm də xarici kredit təşkilatları qarşısında adıçəkilən bankın ödəmə imkanları məhdudlaşıb. Bu baxımdan da yaxın günlərdə bankın İdarə Heyyətinin müraciəti əsasında Atabankın lisenziyasının Mərkəzi Bank tərəfindən ləğv edilməsi gözlənilir.
Mövzu ilə bağlı bankın da mövqeyini dinləməyə hazırıq.
Onu da əlavə edək ki, yerli mediada yayılan iddialara əsasən Atabank sabiq vergilər naziri Fazil Məmmədova məxsusdur.
693 dəfə oxundu