Texniki Universitetdə rüşvət qalmaqalı

Azərbaycan Texniki Universitetinin rektoru V.Vəliyev ölkə Prezidenti İlham Əliyev tərəfindən ona göstərilən yüksək etimada görə təşəkkür edib və bu etimadı doğruldacağını bildirib. Ümidvarıq ki, aktualxeber.az-ın redaksiyasına müraciət edən xanımın da problemini yeni rektor tezliklə həll edəcəkdir.
Aktualxeber.az-ın redaksiyasına şikayət ərizəsi ilə müraciət edən Bakı şəhər sakini Nağıyeva Nərgiz Əli qızı iddia edir ki, Azərbaycan Texniki Universitetinin “İnformasiya texnologiyalari və proqramlaşdırma” kafedrasının müdiri Zəfər Əli oğlu Cəfərovun ondan həmin kafedraya işə düzəltmək adı ilə 10 min manat pul rüşvət alaraq aldadıb. Uzun müddət keçsə də Zəfər müəllim nə xanımı işlə təmin edib, nə də onun pulunu qaytarıb. O, nə telefonlara cavab verir, nə də onu iş yerində tapmaq mükün deyil. Əlavə olaraq şikayətçi bildirir ki, o tək deyil və bir çox vətəndaşlar orada olan geniş bir şəbəkənin qurbanına çevriliblər.
Bizə müraciət edən xanım bu faktın ictimailəşməsindən sonra yeni rektorun və əlaqədar qurumların günahkarın cəzalandırılması üçün lazımi tədbir görəcəklərinə, həmçinin ona dəyən ziyanın ödənilməsinə kömək edəcəklərinə ümid edir.
Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.
337 dəfə oxundu