Ağcabədidə təhsil sistemi tamaməm məhv olub

Mehriban Vezir
17 мин. ·
Ağcabədi rayonu Kəhrizli sakini deyir: bizim kənd məktəbinin yuxarı siniflərində dərs keçmirlər. Hər müəllim evində bir kurs açıb, şagirdlərini məktəbdə deyil, evində ayı 25 manata hazırlaşdırır. Bəzi müəllimlər isə kursu elə məktəbdə açıblar, xidmətlərinə ayrıca sinif verilib.
Deyirəm: bəs direktor nə deyir?
Deyir: Ehh... nə direktor? Müəllim sinifdə dərs keçmir, deyir, kursa gəl. İki uşağım yuxarı sinifdə oxuyur, 5 fənn, hər fənn ayı 25 manat... gör nə edir? Yoxumdu. Nə edim? Belə məktəb olar?
Gerçəkdən, belə məktəb olar?
Bütün maraqlı tərəfləri dinləməyə hazırıq!
358 dəfə oxundu