“Nə məhkəmə e, sən kimsən?” - Elmar Vəliyev əsəbiləşdi
Xəbər verdiyimiz kimi 2018-ci ildə sui-qəsd cinayətinə məruz qalan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə bağlı məhkəmə prosesi başlayır. Prosesdə iş üzrə təqsirləndirilən Yunus Səfərov və daha 12 nəfərin ittiham aktına baxılacaq.
“Gundeminfo” xəbər verir ki, məhkəmə öncəsi Gununsesi.org-un əməkdaşı Elmar Vəliyevlə danışmaq üçün ona zəng edib. Amma keçmiş icra başçısı jurnalistlə aşağıdakı ritorikada danışıb. Söhbəti olduğu kimi təqdim edirik:
• Salam Elmar müəlim.
• Kimdir?
• “Günün Səsi” xəbər portalından sizi narahat edirik. Soruşmaq istədiyimiz bir neçə məsələ var. Birinci bilmək istərdik, səhhətiniz necədir?
• Yaxşıyam. Nə olub ki?
• Yəqin ki, xəbəriniz var, Yunus Səfərov məhkəmə qarşısına çıxarılır…
• Yunus kimdir?
• Sizə sui-qəsd cinayətini törədən şəxs…
• Hə, nə istəyirsən?
• Bilmək istərdik ki, məhkəməyə gedəcəksinizmi?
• Nə məhkəmə e, sən kimsən?
• Dedim axı, jurnalistəm...
Sonuncu replikadan əsəbləşən Elmar Vəliyevin rabitəsiz və qarışıq səslərindən sonra telefonun dəstəyi asıldı.
366 dəfə oxundu