Şəmkirin icra başçısının BAŞI DƏRDDƏ

Mənbənin dia.az-a söylədikləri: "Alimpaşa Məmmədov konkret olaraq keçən ili 230 min manatla, bu ili isə 180 min manat kəsirlə başa vurub. Bütün bunlar isə vacib məsələdir və rəsmi etiraf olunan yeyintidir. Deməli, ortada daha böyük yeyinti faktları ilə bağlı şübhələrə əsas var. Vergi orqanlarından məhz korrupsiya faktına görə qovulmuş Alimpaşa Məmmədovun təkrar olaraq yoxlanılması ona qarşı daha böyük ittihamların irəli sürülməsinə rəvac verə bilər".
Mənbə iddia edir ki, artıq bu yöndə ciddi hərəkətlənmə var: "Yaxn vaxtlarda "effekti" görünəcək..."
Xatırladaq ki, Ağstafa RİH rəhbəri Nizaməddin Quliyev və Yevlaxın sabiq icra başçısı Qoca Səmədov məhz korrupsiya ittihamları həbs olundular. İndi də oxşar aqibətin Alimpaşa Məmmədovu gözlədiyi deyilir.
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
210 dəfə oxundu