Saat 12.00-a olan seçici fəallığı açıqlandı - RƏQƏMLƏR

Saat 12.00-a olan seçici fəallığı açıqlandı -

Azərbaycanda bu gün növbədənkənar parlament seçkiləri keçirilir.

Cebhe.info xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərəkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 12.00-a olan məlumata görə, ölkə üzrə 1 milyon 457 min 776 nəfər seçici səs verib və seçici fəallığı 27,35 faiz təşkil edib.

Nəticə 125 dairəni əhatə edir və səsvermə 5 573 məntəqədə aparılır. Qeyd edək ki, 5 milyon 329 461 nəfər seçkilərdə səsvermə hüququndan istifadə edə biləcək. Parlament seçkilərində iştirak edəcək namizədlərin sayı isə 1314 nəfərdir. Onlardan 246-sı siyasi partiyaların, namizədlərdən 1 057-i öz təşəbbüsü ilə, 11-i isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb. Namizədliyi qeydə alınanların 79 faizi kişi, 21 faizi qadınlardır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
347 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...