Gülər Əhmədovanın oğlu saxlanıldı - polis əməliyyat keçirdi

Gülər Əhmədovanın oğlu saxlanıldı -

Fevralın 9-da Bakının Nəsimi rayonu ərazisində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən xüsusi əməliyyat keçirilib.

"Gundeminfo" xəbər verir ki, hüquq-mühafizə orqanlarından Baku.ws-ə verilən məlumata görə, Toğrul Fikrət oğlu Əhmədov əməliyyat məlumatları əsasında saxlanılıb.

Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Nəsimi rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Toğrul Fikrət oğlu Əhmədovun idarə etdiyi BMW markalı avtomobilə baxış keçirilib.

Baxış zamanı avtomobildən 1 ədəd “Glock-19” markalı tapança, 2 ədəd patron darağı və 38 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 228.1-ci maddəsilə cinayət işi qaldırılıb.

Qeyd edək ki, saxlanılan 1987-ci il təvəllüdlü Toğrul Əhmədov keçmiş deputat Gülər Əhmədovanın oğludur.

Gülər Əhmədovanın oğlu saxlanıldı -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
376 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...