24 ildir icra başçısı işləyir... - Qaraşov haqqında ilginc iddia

24 ildir icra başçısı işləyir... -
“24 ildir icra başçısı işləyir, yenə də deyir vəzifədən alınsam ürəyim yatar”.

DİA.AZ bildirir ki, bunu Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov haqda həmin İH-də işləyən adının çəkilməyini istəməyən şəxs deyib: “Ötən il səhhətində problem yaranmışdı, ürəyindən şikayəti vardı. Onda demişdi ki, məni heç bir xəstəlik yıxa bilməz, amma vəzifəmdən olsam ölərəm. Bu adamın gözü vəzifədən doymur”.

T.Qaraşov 1996-2002-ci illərdə Kürdəmir, 2002-2006-cı illərdə Cəlilabad, 2006-2011-ci illərdə Neftçala, 2011-2012-ci illərdə Astara rayonlarının icra başçısı işləyib. 2012-ci ilin aprel ayından Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısıdır. 1959-cu ildə Kürdəmir rayonunda anadan olub. İxtisası inşaatçı-mühəndis və politoloqdur.

Onun haqqında ən çox söylənən həddən artıq böyük varidata səbəb olmasıdır. Hətta bəzi məlumatlara görə, başçının var-dövləti o həddədir ki, onun hər səfalı rayonda villası, imarəti var: “Çox böyük imarətlərindən biri də Lənkaran meşəliyində yerləşir. Lənkərana rəhbər gəldiyi gündən rayonda keçirilən bütün tenderləri oğluna həvalə edib milyonlara sahib olan icra başçısı əndazəsiz var-dövlət yığıb. Astara istiqamətində prezidentin iqamətgahına çox yaxın ərazidə də özünə villa tikdirib”.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
307 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...