Eldar Əzizov prezidentin göstərişinə necə əməl edib?

Eldar Əzizov prezidentin göstərişinə necə əməl edib?

2019-cu ilin iyul ayının 31-də Prezident İlham Əliyev Azərbaycan Respublikası prezidenti yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə paytaxt küçələrinin zəif işıqlandırılması ilə bağlı tənqidi fikirlər söyləmişdi.

Dövlət başçısı bu sahədə ciddi problemlərin olmasına diqqət çəkib, xüsusilə şəhər ətrafının işıqlandırılmadan kənarda qaldığını vurğudı.

“Bakıda küçə işıqlandırılması hələ də lazımi səviyyədə deyil. Şəhərin mərkəzi təbii ki, işıqlandırılır, ancaq bəzi yerlərdə küçə işıqlandırılması yoxdur. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir”, – deyə dövlət başçısı bildirmişdi.



Artıq uzun bir zaman keçməsinə baxmayaraq hələ də Bakının mərkəzindən 1 kilometr aralıda işıqlandırma bərbad durumdadır. Dövlət başçısının göstərişindən sonra paytaxtın ətraf rayonlsarıında küçə və prospektlərin işıqlandırılması problemi qalmaqdadır. Adətən paytaxt sakinləri günün günorta çağında küçə və prospektlərdə işıqların yanılı olduğunun şahidi olurlar. Niyə, nə üçün gündüz vaxtlarında əsas prospektlərdə küçələrdə işıqlar yandırılır?

Dövlət başçısı birbaşa olaraq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova göstəriş vermişdi. Göstəriş vermişdi ki, bu sahədə monitorinq aparılsın. Paytaxtın mərkəzi rayonlarından kənarda küçə və prospektlərin işıqlandırılması istiqamətində layihə hazırlansın. Hanı o layihə? Hanı o monitorinq və bu istiqamətdə aparılan islahat və yeni təkliflər?
Eldar Əzizov prezidentin göstərişinə necə əməl edib?

Əvəzində illərdir ki, "Azərişıq"a borclu olan Bakı Şəhər İcra Hakimiyyəti dünya təcrübəsindən istifadə etmir. Dünyanın əksər ölkələrinin paytaxtlarında günəş enerjisi ilə işləyən elektrik dirəklərindən istifadə olunur. Avtomatik mexanizmlərlə qoşulma ilə təchiz olunan günəş panelləri vasitəsilə havanın qaraldığı andan səhər işqlanana qədər küçələrdə elektrik işqılandırılması olur. Azərbaycanisə bununla bağlı nəinki heç bir təcrübə bölüşmür, heç deyəsən Eldar Əzizovun vaxtı və həvəsi də yoxdur ki, bu sahədə dünya təcrübəsini Bakıya gətirsin.
Eldar Əzizov prezidentin göstərişinə necə əməl edib?

Gundeminfo.az-a danışan mənbə iddia edir ki, səbəblər çox sadədir. Bu sahədə günəş enerjisindən istifadə etmək Bakı merinin işinə yaramır. Çünki Bakıda küçələrin işıqlandırılması üçün məhz israf edilən elektrik enerjisindən silinmələr milyonlarla manat həcmində ölçülür. Bu sahədə xeyli sayda "ölü canlar" ştatlarda oturub "maaş alır". Hələ üstəlik, elektrik verilməyən onlarla küçə və prospekt var ki, günün bəzən 24 saatı "işqılandırılır". Mənbəmiz iddia edir ki, kifayət qədər ucuz başa gələn günəş enerjisi ilə küçə və prospektlərin işıqlandırılması layihəsi ətrafında düşünən belə yoxdur.

Gundeminfo.az-a daxil olan informasiyaya əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı Meriyasında günəş panelləri ilə küçələrin işqılandırılması layihəsini bir neçə il öncə təqdim edib. Lakin BŞİH də bununla bağlı olaraq reaksiya sıfır səviyyəsində olub.
Eldar Əzizov prezidentin göstərişinə necə əməl edib?

- Bakı Şəhər İcra Hakimiyyətinin "Azərişıq"a nə qədər borcu var?
- Paytaxtın küçə və prospektlərinin işıqlandırılmasına hər il nə qədər vəsait sərf edilir?
- İşıq dirəklərinin təmiri və yeniləri ilə əvəzlənməsi üçün BŞİH nə qədər vəsait xərcləyir və bu kimi suallara yaxın günlərdə cavab axtaracağıq.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
473 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...