RZA İBADOV AZƏRBAYCANA QAYIDIR

RZA İBADOV AZƏRBAYCANA QAYIDIR


Londonda yaşayan sabiq deputat Rza İbadov barəsində axtarışa xitam verilib.

GUNDEMİNFO.AZ strateq.az-a istinadən məlumatına görə, Rza İbadov barəsində olan axtarış işinə Nəsimi Rayon Məhkəməsinin 27 oktyabr 2015-ci il tarixli qərarı ilə xitam verilib. Sabiq deputat yaxın günlərdə Azərbaycana gələcəyini bildirib. “Mənim üzərimdən axtarış qərarının götürülməsinə görə cənab prezident İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm. Həmçinin bu işdə köməyi keçmiş hər kəsə təşəkkür edirəm”.
R. İbadov bəyan edib ki, bu illər ərzində Azərbaycandan kənarda yaşasa da, həmişə dövlət başçısına sadiq olub: “Mən son 10 ildə xarici ölkədə yaşasam da, həmişə prezident İlham Əliyevə sadiq olmuşam. Son 25 il ərzində içində olduğum siyasi proseslərdə həmişə bu xətti yürütmüşəm. Bir–iki həftəyə Bakıya qayıdacağam”.

Qeyd edək ki, Rza İbadov 1990-1995-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üzvü olub, eyni zamanda Gənclər və idman komissiyasının sədri işləyib.

1995-2000-ci illərdə isə Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Beynəlxalq Münasibətlər və Parlamentlərarası əlaqələr Komissiyasının sədri olub.

O, Londonda yerləşən ABŞ-ın Huron Universitetində beynəlxalq münasibətlər üzrə magistr, sonra Fransa Beynəlxalq Münasibətlər institutunun nəzdində fəaliyyət göstərən Strateji və Diplomatik Tədqiqatlar Mərkəzində beynəlxalq münasibətlər üzrə doktorluq dərəcələri alıb.

2010-cu ildə parlament seçkilərindən sonra ona Cinayət Məcəlləsinin 148-ci (təhqir) və 147.2-ci (ağır və ya xüsusi ilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddələri ilə cinayət işi başlanıb. Bu zaman Rza İbadov Londona gedib. Onun barəsində axtarış elan edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
514 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...