Zlatan İbrahimoviç Bakıya gəlir

Zlatan İbrahimoviç Bakıya gəlir

Fransanın PSJ klubunun və İsveç yığmasının hücumçusu Zlatan İbrahimoviç Bakıya gəlir.

Apasport.az saytının məlumatına görə, bu barədə Türkiyənin “Cumhuriyet” qəzeti xəbər yayıb.

Təcrübəli futbolçu artıq İsveçdən İstanbula gəlib. Adı “Qalatasaray”la birgə hallanan tanınmış simanın Türkiyəyə gəlişi “sarı-qırmızılılar”ın azarkeşlərini həyəcanlandırıb. İstanbul klubunun fanatları İbrahimoviçin müqavilə imzalamaq üçün Türkiyəyə gəldiyini güman ediblər. Ancaq sonradan məlum olub ki, İbrahimoviç Bakıya gəlmək üçün İstanbul hava limanında görünüb.

İsveç-İstanbul-Bakı reysi ilə hərəkət edən İbrahimoviçin bu gün Bakıda olacağı gözlənilir. Hələlik isveçlinin paytaxtımıza səfərinin səbəbi açıqlanmır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1372 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...