Sabah 27 dərəcə isti olacaq

Sabah 27 dərəcə isti olacaq

Sabah Azərbaycanda havanın temperaturu 27 dərəcəyə kimi yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, mayın 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində hava əsasən yağmursuz olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-14, gündüz 21-26 dərəcə isti olacaq.
Azərbaycanın bölgələrində əksər rayonlarda hava əsasən yağmursuz olacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 22-27, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti olacaq.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1358 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...