Şamaxıda bu məktəb mal təzəyi ilə qızınır?

Şamaxıda bu məktəb mal təzəyi ilə qızınır?


Şamaxı rayon Təhsil Şöbəsi rayonun Hacıqədirli kənd tam orta məktəbində müəllimə işləyən Günel İsmayılovanın şikayətinə aydınlıq gətirib.

Məlumat üçün bildirək ki, müəllimə çalışdığı məktəbdə vəziyyətin acınacaqlı olduğundan şikayətlənib. “Məktəbdə yalnız bir neçə sinifdə soba var. Odun olmadığından həmin siniflərdə soba yalnız səhərlər yanır. Məktəbi gərmə və az miqdarda odunla isidirik. Uşaqlar soyuqdan dərsə gələ bilmirlər”-deyə Günel İsmayılova bildirib. Şamaxı Təhsil şöbəsindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirib ki, adıçəkilən məktəb hazırda Təhsil Şöbəsinin nəzarətindədir, müəllimənin qeyd etdiyi problemlərin aradan qaldırılması üçün iş aparılacaq.

Qeyd olunub ki, müraciət müəllifi G.İsmayılova 2015-2016-cı dərs ilində Hacıqədirli kənd tam orta məktəbinə Azərbaycan dili və ədəbiyyatı müəllimi təyin edilib. Hazırda onun 28 saat dərs yükü var. Rayon təhsil şöbəsindən onu da bildiriblər ki, Hacıqədirli kənd tam orta məktəbi rayon mərkəzindən 37 km məsafədə yerləşir. Məktəb 1952 və 1972-ci illərdə tikilən iki uyğunlaşdırılmış binadan ibrətdir. 1952-ci ildə tikilmiş korpus yararsız olduğundan istifadə olunmur, digər binada da problemlər mövcuddur.

Təhsil şöbəsinin məlumatına görə, 2012-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığına əsasən, mütəxəssislərdən ibarət komissiya məktəbdə olub, məktəb binasının yararsızlığı barədə akt tərtib edilib. “Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”nda məktəb üçün yeni binanın tikintisi nəzərdə tutulub. Məktəbin sinif otaqları odun sobası ilə təchiz edilib. 2015-ci ilin IV rübündə məktəbdə 6,7 kub odun və 500 litr dizel yanacağı verilib ki, bu da həmin müddət üçün ehtiyacları ödəyir.

G.İsmayılovanın mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə təhsil şöbəsi müvafiq təbirlər görülüb. Xatırladaq ki, Şamaxı rayonunun Hacıqədirli kənd tam orta məktəbində müəllimə işləyən Günel İsmayılova modern.az saytına müsahibə verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1191 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...