Həkimlərə ŞOK YENİLİK - Sertifikasiya imtahanı ləğv olunur?
Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası qaydası hazırlanacaq. Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, Nazirlər Kabineti praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası qaydasını, o cümlədən sınaq imtahanında iştirak haqqının məbləğini və davamlı peşəkar inkişaf üzrə minimum kreditin həcmini iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Bildiyimiz kimi, ölkədə bir çox sahə, o cümlədən tibb sahəsi üzrə sertifikasiya imtahanı keçirilir.
Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyası qaydası “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna uyğun olaraq hazırlanıb və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası prosesini tənzimləyir.
Bəs yeni qaydalar, dəyişiklik nələrdən ibarət ola bilər?
Mövzu barədə Bizim.Media-ya danışan tibb üzrə mütəxəssis, professor Adil Qeybulla deyib ki, bu qaydalar beynəlxalq sistemə uyğun olmaldır, yəni sertifikasiya yox, akkreditasiya sistemi olmalıdır:
“Akkreditasiya sistemi praktik fəaliyyət üçün lisenziya sistemidir. Burada baza tibb təhsili, rezudentura təhsili və digər təhsil haqqında dəyərləndirmələr aparılır və ondan sonra həmin şəxsə müvafiq sahədə çalışmaq üçün qanunvericiliklə müəyyən edilmiş müddətə lisenziya verilir.
Lisenziya müddəti bitdikdən sonra fəaliyyəti yoxlanılır və yenidən verilir. Həmin dövrdə də onun nə qədər konfransda, təcrübə mübadiləsində iştirak etməsi, elmi məqaləsinin çıxması, neçə xəstəni əməliyat etməsinə baxılır. Dünyada sistem budur”.
Həkim, ümumiyyətlə, sertifikasiyanın əleyhinə olduğunu qeyd edib:
“Bizdə də sistem bu cür olmalıdır. Başqa cür Azərbaycansayağı sistem olur. Mənim anlayışım yoxdur ki, sertifikasiya dedikdə nəyi nəzərdə tuturlar. Hesab edirəm ki, bu, akkreditasiya sistemi olmalıdır. Sertifikasiya imtahanları isə birdəfəlik ləğv olunmalıdır”.
42 dəfə oxundu