Nardaranda yerli əhali radikallara qarşı

Nardaranda yerli əhali radikallara qarşı


Bu gün Nardaran qəsəbəsində baş vermiş silahlı insidentdən sonra yerli əhali ilə radikal qrupun təmsilçiləri arasında narazılıq yaranıb. Lent.az-ın kənd sakinlərindən əldə etdiyi məlumata görə, onlar əslən nardaranlı olmayan Hacı Talehin qəsəbədə qalmasından, özünün radikal dəstəsi ilə burda toplaşmasından narazılıq ediblər. Bunu dəfələrlə ona evində sığınacaq verən və sayları cəmi bir neçə nəfər olan qəsəbə sakinlərinə də bildiriblər.

Lakin bu barədə xəbərdarlıqlar nəticə verməyib. Hazırda da qəsəbə ağsaqqallarının bir qrupu Nardaranda belə hadisələrin baş verməsinə qarşı çıxır, bu insidentin onlara lazım olmadığını bildirir. Qeyd edək ki, Taleh Bağırov əslən İsmayıllı rayonunun Talıstan kəndindəndir.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin bu gün yaydığı birgə məlumatda bildirilib ki, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib. Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1180 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...