Kliniki Tibbi Mərkəzdə yeni kadr təyinatı olub

Kliniki Tibbi Mərkəzdə (KTM) yeni kadr təyinatı olub.
Kliniki Tibbi Mərkəzdə yeni kadr təyinatı olub


Mərkəzdən "Report"a verilən məlumata görə, infeksion xəstəlikləri və klinik mikrobioligiya üzrə mütəxəssis Fərrux Sədirov KTM-in baş infeksionisti vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Sədirov Fərrux Cəbrayıl oğlu 1983-cü il iyulun 8-də Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhəri, Xətai rayonu 194 saylı orta məktəbdə alıb. 2000-2006-cı illərdə Azərbaycan Tibb Universitetinin (ATU) “Müalicə işi” fakültəsində təhsil alıb. 2006-2007-ci illərdə internatura təhsilini həkim-nevroloq kimi Kliniki Tibbi Mərkəzdə alıb. 2014-2020-ci illərdə Türkiyənin İstanbul Universitetindəki Cərrahpaşa Tibb Fakültəsi, İnfeksion xəstəliklər və Klinik mikrobiologiya üzrə təhsilini davam etdirib.

2008-2009-cu illərdə M.Əliyev adına Respublika Təsərrüfat Hesablı Poliklinikada həkim-nevropotoloq, 2009-2011-ci illərdə 1 saylı Bakı dəmiryol poliklinikasında həkim-nevropotoloq, 2011-2012-ci illərdə Azərbaycan Respublikası Fövqəladə hallar orqanları, N-saylı hərbi hissə həkimi kimi fəaliyyət göstərib.

2020-2021-ci illərdə TƏBİB-in koordinasiyası şöbəsinin Cənub ərazi bölməsi üzrə koordinatoru vəzifəsində çalışıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
885 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...