Fərrux Zəfəri – Azərbaycan torpaqlarının təmizlənməsi davam edir
Azərbaycanın daha bir ərazisində dövlət bayrağı dalğalanır. Xocalı rayonunun Fərrux kəndi Azərbaycanın tam nəzarətindədir.
Fərrux kəndi ilə qısa tanışlıq
Dağətəyi ərazidə yerləşir. Kənddə eyni adlı yüksəklik var. Bu yaşayış məntəqəsinin adı ilə bağlı müxtəlif fikirlər səslənir. Kəndin əsasının Fərrux adlı şəxs tərəfindən qoyulduğu üçün belə adlandırıldığı ehtimal edilir. Kəndin yaxınlığında Fərrux gölü, Fərrux adlı başqa obyektlər də qeydə alınıb. Ermənilər Azərbaycan dilində olan alınma sözlərdəki “f“ hərfini “p” kimi tələffüz (məsələn, fındığı “pındıq” dedikləri kimi) etdiklərindən bu kəndin də adını “Paruk” kimi səsləndiriblər.
Ehtimal edilir ki, Fərrux adı atəşpərəstlik dövründən qalmadır. Onun uğurlu, müqəddəs, mübarək, işıqlı insan, müdrik, cəsarətli, həqiqəti yalandan ayıran kimi mənaları var. Kənd Əsgərandan 16 km, Xankəndindən 32 km aralı yerləşir.
1988-ci ildə Qarabağ hadisələri başlayandan Fərrux kəndinə əsasən, İrəvandan, Livandan, Suriyadan gətirilərək yerləşdirilmiş erməni silahlıları, muzdluları Ağdamın Cinli, Əlimədədli və başqa yaxın kəndləri atəşə tutub, dinc insanları qətlə yetirib, yaralayıblar. Münaqişənin ilk illərində dəfələrlə ermənilər Fərruxdan Cinli kəndinə hücum edib. Münaqişə dövründə kənd və yaxınlıqdakı Fərrux yüksəkliyi xüsusi strateji əhəmiyyətə malik bir yer olub. 1992-ci il yanvarın 31-də Milli Qəhrəman Şirin Mirzəyevin başçılıq etdiyi tabor, Ağdamın yerli özünümüdafiə qüvvələri və Xüsusi Təyinatlı Milis Dəstəsi (“OMON”) Fərrux kəndini erməni quldurlarından azad edilməsi əməliyyatı keçirmişdi. Kənd 1993-cü ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub.
2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanata uyğun olaraq Fərrux kəndi müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdi. Ancaq ermənilərin qanunsuz silahlı dəstələri 30 il əvvəlki kimi yenidən Fərruxdan atəş açmağa və regionda atəşkəsi pozmağa başladı. Azərbaycan Ordusu əməliyyat keçirərək ərazini qanunsuz silahlılardan təmizləyib.
Azərbaycan ictimaiyyətini maraqlandıran suallar
Bu arada bir neçə sual yaranır: Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə ermənilər qanunsuz silahlı dəstəni necə yarada və ya saxlaya bilir? Rusiya hərbçiləri indiyədək nəzarət etdikləri ərazidə qanunsuz silahlı dəstələrin yaranmasına niyə göz yumublar? Məlum bəyanatın 4-cü maddəsinin “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir” hissəsinə niyə əməl edilmir? Bölgədə niyə erməni silahlı qüvvələri hələ də var?
Həm bəyanatda, həm də iki ölkə arasında müttəfiqlik bəyannaməsində Rusiyanın uyğun öhdəlikləri var. Odur ki, Rusiya Azərbaycan qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün bu suallar ona görə yaranıb.
Ancaq hadisələr Rusiyanın bu kimi məsələlərdə beynəlxalq hüququ və ikitrəfli anlaşmaları pozmağa adət etdiyini deməyə əsas verir.
Bu baxımdan kapitulyasiya aktından sonra Ermənistan və erməni separatçılarının belə davranışında məsuliyyəti Rusiyanın daşıdığı birmənalıdır. Çünki hadisələr sübut etdi ki, regionda separatçılar Rusiyadan dəstəklənib və müdafiə olunub. Rusiyalı erməni milyonçuların qanunsuz silahlı dəstələrə yardımı kimi faktlar bunu təsdiqləyir. Rusiya sülhməramlılarının başçılarının sepratçıların və qanunsuz silahlı dəstələrin başçısı Araik Arutyunyanla xoş münasibəti də Moskvanı həmin qüvvələrə yardımının göstəricisidir.
Rusiya sülhməramlıları beynəlxalq ictimaiyyətin gözünə kül üfürür
Daha bir təzadlı məsələ. Rusiya sülhməramlıları kiminlə, kim arasında atəşkəsə nəzarət edir? Bəyanata əsasən, Ermənistanın silahlıları və qanunsuz silahlı dəstələr bölgədə olmazsa atəşi kim açacaq? Deməli, Rusiya sülhməramlıları müvəqqəti yerləşdikləri regionda daha uzun müddət qalmaq üçün onlara uydurma “atəşkəsin” pozulması məsələsi lazımdır. Həmin qanunsuz dəstələr atəş açır, rusiyalı hərbçilər də özlərini ədalətli vasitəçi kimi təqdim edirlər. Bununla da beynəlxalq ictimaiyyətin gözünə kül üfürülür.
Fərrux kəndində keçirilən mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi işləri Azərbaycanın hərb tarixinə “Fərrux zəfəri” adlı yeni bir səhifə yazdı.
Fərrux kəndinin azad olunması bir daha göstərdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməkdə qətiyyətlidir. Kənddəki əməliyyatın bu günlərdə keçirilməsi də təsadüfi sayılmır. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin atdığı addımlarının ölçülü-biçili olduğunun göstəricilərindəndir. O, bununla Azərbaycan vətəndaşlarına ərazi bütövlüyünün təmin olunacağı ilə bağlı verdiyi sözə əməl etdiyini sübuta yetirir.
Ermənilər kəmfürsət, yalançı və etibarsızdır
Havadarlarının və ideoloqlarının uydurması, xəyalları əsasında ermənilərin Azərbaycanda, Cənubi Qafqazda törətdikləri vəhşiliklərin acı nəticələri zaman-zaman aradan qalxır. 44 günlük müharibədə Azərbaycan ermənilərə və havadarlarına yerini göstərdi. Son əməliyyatlar bir daha Fərrux kəndinin də o biri ərazilər kimi Azərbaycana məxsusluğunu isbatladı.
Ermənilər kəmfürsət, yalançı və etibarsızdır. Havadarları və arxalarında duranlar onların bu kimi etnik xarakterini yaxşı bilir. Ona görə də bu etnik qrupdan iğtişaş yaratmaq, öhdəlikləri pozmaq, pozucluq fəaliyyəti və başqa çirkin əməllərdə istifadə edirlər. Onlardan bir qayda olaraq əl buyruğu kimi istifadə olunur. İddiaları və hikkələri olan dövlətlərə qarşı uydurma erməni faciələrindən və tarxinindən yararlanırlar. Elə Fərrux zəfəri ilə bağlı Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumat və təhriflər bunu təsdiqləyir. Rusiya Müdafiə Nazirliyinin kəndin adını “Furux” kimi təqdim etməsi bir çox mətləblərə aydınlıq gətirir və s.
1110 dəfə oxundu