Ffiziki şəxslərdən tutulan inzibati cərimənin miqdarı artırılır - İnzibati xətalara görə

Ffiziki şəxslərdən tutulan inzibati cərimənin miqdarı artırılır -


Azərbaycanda manatla hesablanan və inzibati xətalara görə fiziki şəxslərdən alınan inzibati cərimənin miqdarı artırılır.

APA-nın məlumatına görə, qüvvədə olan İnzibati Xətalar Məcəlləsinə əsasən manatla hesablanan və inzibati xətalara görə fiziki şəxslərdən alınan inzibati cərimənin miqdarı 3 min manatdan artıq ola bilməz. Yeni İnzibati Xətalar Məcəlləsinin layihəsinə əsasən isə manatla hesablanan və inzibati xətalara görə fiziki şəxslərdən alınan inzibati cərimənin miqdarı 5 min manatdan artıq ola bilməz.

Qeyd edək ki, inzibati cərimə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1029 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...