Xocalının deputatı Salyanın icra başçını dəstəklədi: “Alqışlanmalıdır”

Xocalının deputatı Salyanın icra başçını dəstəklədi:


“Xocalının işğal günündə ölkənin hər bir rayonunda soyqırımı müxtəlif tədbirlərlə anılır. Salyan rayon İcra Hakimiyyətinin Xocalıya aid keçirdiyi tədbirin mahiyyətindən xəbərim yoxdur”. Bunu Modern.az saytına Xocalı rayon İcra Hakimiyyətinin sabiq başçısı, hazırda Xocalını Milli Məclisdə təmsil edən deputat Elman Məmmədov Salyan rayon İcra Hakimiyyətinin soyqırıma aid təşkil etdiyi tamaşaya münasibət bildirərkən deyib.

Mətbuatın yaydığı məlumata görə, Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimovun sifarişi ilə Xocalının anım günündə xüsusi tamaşa hazırlanıb. Həmin tamaşanın süjet xəttində Xocalının işğaldan azad edilməsi, ölkə başçısının etdiyi açılışa nümunəvi icra başçılarının da çağırılması əks olunub. Onların arasında Tahir Kərimov da var. Bədii-yaradıcı məhsulu olmasına baxmayaraq və onun Tahir Kərimovun diktəsi ilə hazırlanması dəqiq bilinməsə də, sosial şəbəkə və mediada bir neçə gün öncə maraqlı foto ilə gündəmə gələn icra başçısı qınaq obyektinə çevrilib.

Xocalının sabiq icra başçısı isə müəllifin kim olmasından asılı olmayaraq, bunu çox alqışlanası addım hesab edir: “Nikbin ruhda hazırlanan tamaşadır. Bizim arzularımızı ifadə edir. Yəqin ki, bu tamaşanın müəllifi var. Müəllif kimdirsə, gələcəklə bağlı yaradıcı yanaşması olub. O, gələcəyi belə görür. Bu, alqışlanası məsələdir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1079 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...