Azərbaycanda "Formula-1" yarışına ciddi hazırlıq gedir - nazir müavini

Azərbaycanda "Formula-1" yarışına ciddi hazırlıq gedir -


Azərbaycanda keçiriləcək "Formula-1" yarışına ciddi hazırlıq gedir. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin muavini İsmayıl İsmayılov deyib.

Onun sözlərinə görə, yarışın keçiriləcəyi ərazilərdəki avtomobil yolları dünya standartlarına uyğun təmir edilir: "Azərbaycan yeganə ölkədir ki, bu ölkədə bütün tədbirlər yüksək səviyyədə keçirilir. Eləcə də "Formula-1" yarışına yüksək səviyyədə hazırlıq gedir". Nazir müavini əlavə edib ki, sonda Beynəlxalq Avtomobil Federasiyası hazırlıqla maraqlanıb öz təkliflərini verəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
923 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...